Yuxarı

"SAP CIS” şirkətinin rəsmisi:"SOCAR Azərbaycanın iqtisadiyyatın rəqəmsallaşdırılmasına dair dövlət siyasətini dəstəkləyir"

SOCAR Azərbaycan iqtisadiyyatının rəqəmsallaşdırılmasına dair dövlət s
© Report / Firi Salim — SAP CIS” şirkətinin baş direktorunun müavini Dmitri Pilipenko

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın iqtisadiyyatın rəqəmsallaşdırılmasına dair dövlət siyasətini dəstəkləyir.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən “SAP Energy” forumu çərçivəsində jurnalistlərə müsahibəsində “SAP CIS” şirkətinin baş direktorunun müavini Dmitri Pilipenko deyib.

“Neft-qaz sənayesində müasir texnologiyalarla bağlı beynəlxalq sammiti harada keçirəcəyimiz barədə çox düşünmədik. Bunun bir neçə səbəbi var idi. Bakını seçməkdə birinci səbəb Azərbaycanı sənaye üsulu ilə neft hasilatının vətəni kimi tanımağımızdır. XIX əsrin ortalarında dünyada sənaye üsulu ilə ilk neft quyusu məhz Azərbaycanda qazılıb. Eyni zamanda, müasir texnologiyaların tətbiqi baxımından innovativ lider kimi SOCAR öz təcrübəsini bölüşmək və fikir mübadiləsi aparmaq üçün MDB ölkələrindən olan biznes tərəfdaşlarını cəlb edir. Həmçinin SOCAR Azərbaycanın iqtisadiyyatın rəqəmsallaşdırılmasına dair dövlət siyasətini dəstəkləyir”,- SAP rəsmisi vurğulayıb.

O xatırladıb ki, artıq 10 ildən çoxdur ki, SOCAR və SAP birgə əməkdaşlıq edir: “SAP Avropanın ən böyük proqramlaşdırma şirkətlərindən biridir. Bizim şirkət daim yeni texnologiyalar irəli sürür, bunları da biz SOCAR-a təklif edirik. Bu forumun Bakıda keçirilməsində əsas iki məqsədimiz var. İlk öncə SAP şirkəti bu sahənin rəqəmsallaşdırılması ilə bağlı fikirlərini bölüşməkdə, həmçinin müxtəlif şirkətlərin öz aralarında intensiv əlaqələrin qurulmasında maraqlıdır. SOCAR-ın dəstəyi ilə forumda “Gazprom”, “Gazprom Neft”, “LUKoil”, “KazMynayGaz”, “Belorusneft” kimi şirkətlərin nümayəndələri iştirak edir. Düşünürəm ki, həmkarlarım arasında müzakirə etmək və ümumi fikir tapmaq üçün bir çox məsələlər var”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi