Yuxarı
    Bağlamaq

    ​SOCAR Avropanın aparıcı neft treyderlərini işə cəlb edib

    SOCAR Trading şirkəti ABŞ-ın Phibro treydinq şirkəti ilə anlaşıb

    Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Londondakı nümayəndəliyinin fəaliyyətini gücləndirmək məqsədilə "Phibro" (ABŞ) beynəlxalq xammal treydinq şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

    "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunun nəticəsində "SOCAR Trading" şirkəti "Phibro"nun London komandasını işə götürüb. Onlar əsasən xam neft treyderləri olsalar da, neft məhsulları ilə bağlı ticarət əməliyyatlarını da həyata keçirirlər.

    Bundan öncə "Occidental Petroleum" şirkətinə analoji xidmətlər göstərən ABŞ treyderinin əvvəlki sifarişçi ilə anlaşması 2014-cü ilin sonunda başa çatıb. Bundan sonra "Phibro"nun Londondakı treyder komandası SOCAR-a xidmət göstərəcək.

    Xatırladaq ki, "SOCAR Trading" ötən il "Trafigura" və "Arcadia" şirkətlərinin aparıcı treyderləri ilə müqavilə bağlayaraq Londondakı əməliyyatlarını genişləndirib.

    Baş qərargahı Cenevrədə yerləşən "SOCAR Trading" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Anar Əliyev və Valeriy Qolovuşkinin həmtəsisçiliyi ilə 2008-ci ildə yaradılıb. Qeyd edək ki, A.Əliyev özünü neft sahəsində təsdiqləmiş nüfuzlu iş adamıdır, V.Qolovuşkin isə "LUKoil" şirkətinin Cenevrədə treydinq şirkətini - "LUKoil Trading"i yaradıb.

    Xatırladaq ki, BCG və "Wood Mackenzie" beynəlxalq konsaltinq şirkətlərinin hazırladığı hesabatlara əsasən, "SOCAR Trading"in təsis olunması və onun 2008-2013-cü illərdə göstərdiyi effektiv marketinq fəaliyyəti nəticəsində Azərbaycan xam neftin satışından əlavə olaraq 1,7-1,8 mlrd. ABŞ dolları həcmində mənfəət əldə edib və ümumiyyətlə, "Azeri Light"ın premiyasının artmasına nail olub. Bundan başqa, "SOCAR Trading" üçüncü tərəflərlə treydinq biznesinin inkişafı və BTC boru kəmərindən tranzit gəlirlərinin artması nəticəsində Azərbaycana əlavə olaraq 500 mln. dollar məbləğində xalis mənfəət qazandırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi