“SOCAR Aviation” Bodrum hava limanında ilk məntəqəsini istifadəyə verib

“SOCAR Aviation” Bodrum hava limanında ilk məntəqəsini istifadəyə verib “SOCAR Aviation” Milas-Bodrum hava limanında ilk məntəqəsini istifadəyə verib
Energetika
6 Avqust , 2020 11:00
“SOCAR Aviation” Bodrum hava limanında ilk məntəqəsini istifadəyə verib

Türkiyə hava nəqliyyatı sektorunun yanacaq ehtiyacını təmin edən ən böyük üç şirkətdən biri olan “SOCAR Aviation” Milas-Bodrum hava limanında yanacaqdoldurma məntəqəsini istismara verib.

“Report” xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Məlumata görə, bu obyektdə ildə 3000 təyyarənin yanacaqla təchiz olunması planlaşdırılır.Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə”nin tədricən ölkənin hava nəqliyyatı sektoru ilə birlikdə genişlənən markası SOCAR Aviation” Muğlada yerləşən Milas-Bodrum hava limanında yanacaq təchizatını artıq öz obyektindən həyata keçirəcək. “SOCAR Türkiyə” Dövlət Hava Limanları İdarəçiliyi (DHMİ) tərəfindən elan edilən tenderdə SOCAR Aviation” markası ilə qalib gəldikdən sonra Milas-Bodrum yanacaqdoldurma obyektini istifadəyə verib. Obyektdən ilk yanacaq təchizatı 21 iyul 2020-ci il tarixində Türk Hava Yollarına (THY) gerçəkləşdirilib.

Bildirilib ki, “SOCAR Türkiyə” Milas-Bodrumdakı yanacaqdoldurma məntəqəsi ilə hava nəqliyyatı sahəsində ilk yanacaqdoldurma obyektini işə salmış oldu. SOCAR Aviation” şirkətinin Milas-Bodrumdakı təchizat obyekti yenidənqurma və qeydiyyat prosedurlarından sonra Enerji Bazarında Nizamlama Qurumunun lisenziyasını alıb. Bu obyektdə 1,500 kubmetr tutumuna malik 3 təyyarə yanacağı sisterni yerləşir. Ümumilikdə 4,105 kvadratmetr sahəni əhatə edən obyekt mövcud infrastrukturu ilə ildə 70 min kubmetr yanacaqdoldurma potensialına malikdir ki, bu da hava limanının ümumi istehlakının yarısına bərabər olmaqla ildə, təxminən, 3000 təyyarəni yanacaqla təchiz etməyə imkan verir.

2013-cü ildən hava nəqliyyatı sahəsində yanacaqdoldurma xidməti göstərən SOCAR Aviation” bir neçə hava limanının tədarükçüsü rolunu yerinə yetirir və Milas-Bodrum ilə yanaşı, İstanbul, Sabiha Gökçen, Adnan Menderes, Antalya və Dalaman hava limanlarının da yanacaq ehtiyaclarını təmin edir. Yanacaq təchizatı sahəsində investisiyalarını davam etdirən SOCAR Aviation” gələcəkdə İzmir hava limanında da yanacaqdoldurma məntəqəsini işə salmağı planlaşdırır. “SOCAR Türkiyə”nin enerji zəncirinin bütün həlqələrini əhatə edən inteqrə olunmuş strukturu sayəsində SOCAR Aviation” şirkəti artıq STAR neft emalı zavodunun da təyyarə yanacağı istehsalı imkanından yararlanaraq, Türkiyə hava nəqliyyatı sektoruna yüksək keyfiyyətli xidmət göstərmək üçün səylərini davam etdirir.

Son xəbərlər

Orphus sistemi