Yuxarı
    Bağlamaq

    ​SOCAR: "ASAN Xidmət" mərkəzlərində qazla bağlı 6 213 müraciət həllini tapıb

    SOCAR:  Azəriqaz bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək

    Bakı. 8 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki "ASAN Xidmət" mərkəzlərinə təbii qazla bağlı ümumilikdə 6 213 müraciət daxil olub.

    "Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, əsasən “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

    "İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək", - deyə şirkətdən bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi