“SOCAR AQŞ” koronavirusa qarşı Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində məlumatlandırıcı “Gücümüz birliyimizdədir!” başlıqlı sosial çarxını təqdim edib.
Şirkətdən "Report"a bildirilib ki, animasiya filmindəki obrazlar gerçək həyatdan götürülməyib, müəllif təxəyyülünün məhsuludur:
"Karantin qaydaları yumşaldılsa da, xəstəlik aktual olaraq qalır. Pandemiyanın qarşısını almaq üçün isə ən asan yol qaydalara əməl etməkdir. Özümüzü qorumaqla ailəmizi və ətrafımızı qorumuş oluruq. Çünki biz birlikdə güclüyük!".