​"SOCAR-AQŞ" "Günəşli" yatağında yeni istismara verilmiş özüldən ilk quyu tikintisini başa çatdırıb

​"SOCAR-AQŞ" "Günəşli" yatağında yeni istismara verilmiş özüldən ilk quyu tikintisini başa çatdırıb 7 saylı stasionar dəniz özülündən 316 saylı quyunun tikintisi yekunlaşıb
Energetika
27 İyul , 2016 11:27
​SOCAR-AQŞ Günəşli yatağında yeni istismara verilmiş özüldən ilk quyu tikintisini başa çatdırıb

Bakı. 27 iyul. REPORT.AZ/ "SOCAR-AQŞ" şirkəti dayazsulu "Günəşli" yatağındakı 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2 816 metr olan 316 saylı quyunun tikintisini yekunlaşdırıb.

"Report" bu barədə "SOCAR-AQŞ"-yə istinadən xəbər verir.

7 saylı özülün baş qazma ustası Famil İskəndərov qeyd edib ki, yeni istismara verilmiş özüldə ilk quyunun uğurla qazılması əksəriyyəti gənc kadrlardan təşkil edilmiş briqadamız üçün çox önəmlidir. “Ümidvaram ki, müəssisə əldə etdiyi zəngin təcrübəni digər quyuların qazılmasında da tətbiq edərək yeni uğurlara imza atacaq’’.

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Qeyd edək ki, "SOCAR-AQŞ" MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda "SOCAR-AQŞ" dayazsulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağının 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

Son xəbərlər

Orphus sistemi