Yuxarı

"SOCAR-AQŞ" MMC "Günəşli" yatağında növbəti quyuda qazma işlərinə başlayıb

Quyunun Fasilə Lay Dəstəsinə qazılması planlaşdırılır, layihə dərinliyi 2 850 metrdir

Bakı. 5 oktyabr. REPORT.AZ/ "SOCAR-AQŞ" şirkəti "Günəşli" yatağında növbəti quyuda qazma işlərinə start verib. Müəssisə “Günəşli’’ yatağındakı 7 saylı stasionar dəniz özülündən 317 saylı quyuda qazma işlərinə başlayıb. 

Bu barədə “Report”a şirkətdən məlumat verilib.

Bildirilib ki, 317 saylı quyunun Fasilə Lay Dəstəsinə (FLD) qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 2 850 metr təşkil edir. Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

"SOCAR-AQŞ" MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hazırda "SOCAR-AQŞ" dayazsulu "Günəşli" yatağında yerləşən 7 və 11 saylı, "Ümid" yatağının 1 saylı, "Qərbi Abşeron" yatağının 20 saylı və "Bulla" yatağının 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi