"​SOCAR-AQŞ" daha bir quyuda qazma işlərini başa çatdırıb

"​SOCAR-AQŞ" daha bir quyuda qazma işlərini başa çatdırıb Qazmanın sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir
Energetika
10 İyun , 2015 12:27
​SOCAR-AQŞ daha bir quyuda qazma işlərini başa çatdırıb

Bakı. 10 iyun. REPORT.AZ/ "SOCAR-AQŞ" MMC 11 saylı stasionar dəniz özülündən layihə dərinliyi 3 128 metr olan 344 saylı quyuda tikinti işlərini təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan, vaxtından əvvəl və uğurla yekunlaşdırıb. Bu barədə "Report"a "SOCAR-AQŞ"nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 344 saylı quyuda qazma işlərinə bu il aprelin 6-da başlanılıb. Fasilə Lay Dəstəsinə (FLD) qazılan quyuda qazma mayın 28-də yekunlaşıb, quyuya istismar kəmərı endirilib, sementlənib və kipliyi yoxlanılıb.

Qurumun açıqlamasına görə, sifarişçi tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyuların qazma ilə yekunlaşdırılması üçün ən azı 90 gün vaxt müəyyən edilsə də, əməliyyatlarında yeni idarəetmə üsulları, yeni texnologiya, standartlar və yeni yanaşma tətbiq edən "SOCAR-AQŞ" sifarişçi tərəfindən təyin edilən müddəti xeyli qabaqlayır.

Bu quyunun gündəlik 60 ton neft həcmində hasilatla istismar fonduna qəbul ediləcəyi gözlənilir.

Xatırladaq ki, qazmanın sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Son xəbərlər

Orphus sistemi