​SOCAR apreldə ilk sıxılmış qaz stansiyasını istifadəyə verəcək

​SOCAR apreldə ilk sıxılmış qaz stansiyasını istifadəyə verəcək Rövnəq Abdullayev SOCAR-ın Gürcüstanda 14 CNG stansiyası tikdiyini də deyib
Energetika
6 Mart , 2015 20:28
​SOCAR apreldə ilk sıxılmış qaz stansiyasını istifadəyə verəcək

Bakı. 6 mart. REPORT.AZ/ "Baku Bus"un yanında böyük CNG stansiyaları tikilir. Yəqin biz onu aprel ayında işə salacağıq. Bu, Azərbaycanda ilk böyük CNG stansiyasıdır".

"Report”un məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

"Bir neçə stansiyanın tikintisi "SOCAR-Petroleum" və tərəfdaşları tərəfindən həyata keçirilir. Ümid edirəm ki, nəzərdə tutduğumuz müddətdə Bakıda və ətraf ərazilərdə CNG stansiyaları və CNG ilə çalışan motorlara qulluq edən texniki bazalar tikilib hazırlanacaq. Biz qaz ölkəsi olaraq yanacağın müəyyən hissəsinin qaza keçirilməsi işlərini görürük. Dünyada bu çox yayılıb. Məsələn, Avropada elə ölkələr var ki, orada istismar olunan avtomobillərdə 60-70%-i bu tip yanacaqdan istifadə edilir. Bu, həm də ekoloji baxımdan vacibdir.

R.Abdullayev SOCAR-ın Gürcüstanda 14 CNG stansiyası tikdiyini də deyib.

"Bu bizim üçün çox yaxşı təcrübə oldu. Azərbaycanda da bunu inkişaf etdiririk. Çalışacağıq ki, yaxın gələcəkdə Azərbaycanın istənilən bölgəsində avtomobillər CNG ilə işləyə bilsinlər".

Son xəbərlər

Orphus sistemi