SOCAR: Apreldə Belarusla neft nəqli ilə bağlı görüşlər keçirilib

SOCAR: Apreldə Belarusla neft nəqli ilə bağlı görüşlər keçirilib Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Belarus tərəfi arasında aprel ayının sonlarında bu ölkəyə neft ixracı ilə bağlı görüşlər keçirilib.
Energetika
4 İyun , 2019 15:09
SOCAR: Apreldə Belarusla neft nəqli ilə bağlı görüşlər keçirilib
Report

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Belarus tərəfi arasında aprel ayının sonlarında bu ölkəyə neft ixracı ilə bağlı görüşlər keçirilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

“Bu ilin aprel ayının sonlarında Belarus tərəfi ilə neft idxalına dair görüşlər keçirilib, qarşı tərəfə təchizatı mümkün olan neft növləri barədə məlumat verilib. Hazırda Belarusa neftin satışı ilə bağlı hər hansı razılaşma imzalanmayıb”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, Belarusun “Belneftxim” konserni Rusiyadan “Drujba” neft kəməri vasitəsilə nəql edilən çirkli neft səbəbindən nefti digər istiqamətlərdən, həmçinin Azərbaycandan almaq niyyətində olduqlarını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi