Yuxarı

SOCAR: Anbarlardakı aktiv təbii qazın həcmi 2,7 mlrd. kubmetrdir

Bu il yeraltı qaz anbarlarına 1,8 mlrd. kubmetr qaz vurulub

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ''Azneft'' İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsi 2015-2016-cı il üzrə payız-qış mövsümü üçün “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına təbii qazın vurulması prosesini başa çatdırıb.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu proses mövcud qrafikə uyğun olaraq cari ilin aprel ayından başlayıb.

Bu ilin qazvurma mövsümündə yeraltı qaz anbarlarına ümumilikdə 1,807 mlrd. kubmetr qaz vurulub. Bu həcmin 920 mln. kubmetri “Qaradağ”, 887 mln. kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb. Ötən mövsümdən saxlanılan qalıq təbii qazla birlikdə yeraltı anbarlarda qazın həcmi 2,694 mlrd. kubmetr təşkil edib. 

Artıq noyabr ayının ortalarından etibarən 2015-2016-cı il üzrə qazgötürmə mövsümünə başlanılıb. İndiyədək anbarlardan ümumilikdə 646 mln. kubmetr həcmində “mavi yanacaq” götürülüb ki, bunun da 261 mln. kubmetri “Qaradağ”, 385 mln. kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb.

"Anbarlardakı qaz ehtiyatı onu deməyə əsas verir ki, payız-qış mövsümünün sonuna kimi ölkə əhalisi ''mavi yanacaq''la fasiləsiz olaraq təmin ediləcək", - deyə SOCAR-dan bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi