SOCAR-AMEA əməkdaşlığı çərçivəsində sürtkü yağları və digər istehlak məhsulları istehsal olunur

SOCAR-AMEA əməkdaşlığı çərçivəsində sürtkü yağları və digər istehlak məhsulları istehsal olunur Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin digər rəhbər şəxsləri Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus Yüksək Texnologiyalar Parkı MMC-də (YTP) olublar.
Energetika
13 İyun , 2019 15:35
SOCAR-AMEA əməkdaşlığı çərçivəsində sürtkü yağları və digər istehlak məhsulları istehsal olunur

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin digər rəhbər şəxsləri Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-də (YTP) olublar.

Bu barədə "Report"a SOCAR-dan bildirilib. 

Məlumata görə, AMEA-nın prezidenti akademik Akif Əlizadə bildirib ki, YTP Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb və burada müxtəlif təyinatlı innovativ müəssisələr fəaliyyət göstərir.

SOCAR rəhbərliyi, ilk növbədə, AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin fəaliyyəti ilə tanış olub. Bildirilib ki, “AMEA Təcrübə -Sənaye Zavodu” SOCAR ilə əməkdaşlıq çərçivəsində öz xammal təchizatının bir hissəsini Heydər Əliyev adına Neft Emalı Zavodunun vasitəsi ilə həyata keçirir. Azərbaycanda yüksək keyfiyyətli sürtkü yağları, antikorroziya vasitələri, dizel mühərrik yağları, transmissiya yağları, yanacaq qatqıları, qazma məhlulları kimi müxtəlif çeşidli məhsulları istehsal edən MMC-lər bununla SOCAR-ın dəyər zəncirinin son istehlak məhsullarına çevrilməsində iştirak edirlər.

Daha sonra SOCAR-ın rəhbər heyəti AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin pilotsuz uçuş aparatları və hərbi yönümlü innovasiya məhsulları ilə tanış olublar. Görüşün sonunda AMEA Yüksək Texnologiyalar Parkının əsas inzibati binasında dəyirmi masa ətrafında gələcək əməkdaşlığın təşkili, kadr və təcrübə mübadiləsinin aparılması ilə bağlı müzakirə aparılıb.

Qeyd edək ki, AMEA-nın təşəbbüsü ilə qurulmış və beynəlxalq akkreditasiyadan keçmiş YTP-nin əsas hədəfləri Azərbaycanda iqtisadiyyatın davamlı inkişafına töhfə vermək, iqtisadiyyatımızın ümumi rəqabət qabiliyyətini artırmaq, habelə müasir elmi və texnoloji nailiyyətlərə, yüksək texnologiyalara əsaslanan istehsalat müəssisələrinin fəaliyyəti üçün münbit şərait yaratmaqdır. YTP-nin rezidentləri müxtəlif çeşidli sürtkü materiallarından əlavə həm də elektronika, avtomatika, proqram təminatı, dron və digər elektron cihazlarını istehsal edir. Parkda dünya standartlarına cavab verən yeni nəsil pilotsuz uçuş aparatlarının istehsalı artıq təkmilləşdirilib, perspektivdə çoxfunksiyalı dronların istehsalı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi