SOCAR Ağsu rayonunun Ləngəbiz kəndinə qazın verilişini bərpa edib

SOCAR Ağsu rayonunun Ləngəbiz kəndinə qazın verilişini bərpa edib Rövnəq Abdullayev: "Respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlər bundan sonra da davam etdiriləcək"
Energetika
17 Fevral , 2016 17:01
SOCAR Ağsu rayonunun Ləngəbiz kəndinə qazın verilişini bərpa edib

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün Ağsu rayonunun Ləngəbiz kəndinə təbii qazın verilişi bərpa edilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Mikayıl İsmayılov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Ağsu Rayon İcra Hakimiyyəti rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

SOCAR prezidentinə məlumat verilib ki, 135 abonenti olan Ləngəbiz kəndinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında ümumilikdə 10 465 metrlik müxtəlif diametrli polietilen və metal borulardan istifadə olunub, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndə qazın verilişini bildirən rəmzi məşəli alovlandıran R.Abdullayev bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. SOCAR rəhbəri qeyd edib ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə “mavi yanacaq”la təmin olunur. Şirkət prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi