“SOCAR Absheron” və “SOCAR Karabakh” şirkətlərinin Azərbaycanda filialları yaradılıb

“SOCAR Absheron” və “SOCAR Karabakh” şirkətlərinin Azərbaycanda filialları yaradılıb Filiallara SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev rəhbərlik edir
Energetika
15 May , 2018 11:01
“SOCAR Absheron” və “SOCAR Karabakh” şirkətlərinin Azərbaycanda filialları yaradılıb
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Abşeron” qaz-kondensat və “Qarabağ” neft-qaz yataqlarının istismarı üçün xarici tərəfdaşlarla birgə təsis etdiyi 2 şirkətin Azərbaycanda filialları yaradılıb.

“Report” xəbər verir ki, Vergilər Nazirliyi aprelin 25-də “SOCAR Absheron” və “SOCAR Karabakh” şirkətlərinin Azərbaycanda filiallarını dövlət qeydiyyatına alıb.

Hər iki filial SOCAR-ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121 ünvanında qeydiyyatdan keçib. Filiallara SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi