SOCAR 958 mln. kubmetr qaz hasil edib

SOCAR 958 mln. kubmetr qaz hasil edib Azərbaycan üzrə 4,7 mlrd. kubmetr qaz hasil olunub
Energetika
14 Mart , 2017 17:20
SOCAR 958 mln. kubmetr qaz hasil edib

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-fevral ayları ərzində 958,3 mln. kubmetr qaz hasil edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, iki ay ərzində Şirkətin hasil etdiyi qazın 450 mln. kubmetri fevral ayının payına düşüb.

Yanvar-fevral ayları ərzində Azərbaycan üzrə ümumilikdə isə 4 694,7 mln. kubmetr qaz hasil olunub.

Qeyd edək ki, 2016-cı ildə SOCAR  6,3 mlrd. kubmetr qaz hasil edib. Ölkə üzrə ümumi qaz hasilatı isə 29,4 mlrd. kubmetr olub.

Son xəbərlər

Orphus sistemi