Yuxarı

​SOCAR 750 milyon ABŞ dolları həcmində 15 illik avrobondlar yerləşdirib

Avrobondların 93%-i fond idarəçiləri, 5%-i banklar, 2%-i təqaüd fondları tərəfindən alınıb

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) iki illik fasilədən sonra Avropa maliyyə bazarında ilk dəfə olaraq 750 milyon ABŞ dolları həcmində 15 illik avrobondlar emissiya edib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Qurumdan verilən məlumata görə, investorların marağını nəzərə alaraq, qiymətli kağızların faiz dərəcəsi illik 6,95% təşkil edib.

SOCAR tərəfindən yeni buraxılan avrobondların 39%-i Birləşmiş Krallığın, 18%-i Avropanın, 41%-i ABŞ-ın və 2%-i isə digər regionların payına düşüb. Avrobondların 93%-i fond idarəçiləri, 5%-i banklar, 2%-i təqaüd fondları tərəfindən alınıb.

Xatırladaq ki, SOCAR 2012-ci ilin əvvəllərində Azərbaycanda ilk dəfə olaraq London fond birjasında avrobondlar emissiya etdikdən sonra 2013-cü ilin mart ayında ümumi həcmi 1 milyard ABŞ dolları, illik faiz dərəcəsi 4,75% və müddəti 10 il olan ikinci avrobond emissiyasını uğurla həyata keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi