SOCAR 7 ayda Gürcüstana 730 mln. kubmetr qaz nəql edib

SOCAR 7 ayda Gürcüstana 730 mln. kubmetr qaz nəql edib “Azərenerji” ASC-yə isə 2,564 mlrd. kubmetr qaz nəql edilib
Energetika
22 Sentyabr , 2017 09:46
SOCAR 7 ayda Gürcüstana 730 mln. kubmetr qaz nəql edib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi bu ilin yanvar-iyul ayları ərzində 8,773 mlrd. kubmetr həcmində qaz qəbul edib.

“Report” xəbər verir ki, bunu Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev "İki sahil" qəzetinin Neftçilər gününə həsr olunan xüsusi buraxılışında bildirib.

Onun sözlərinə görə, bu həcmin 4,047 mlrd. kubmetri “Azneft” İB-dən, 1,977 mlrd. kubmetri Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ, “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə), 1,596 mlrd. kubmetri Azərbaycan Qaz Təchizatı Şirkətindən (“Şahdəniz”), 186 mln. kubmetri əməliyyat şirkətlərindən, 967 mln. kubmetri isə İrandan idxal edilib.

İdarə rəisi qeyd edib ki, qəbul olunan qaz həcmlərindən “Azəriqaz” İB-yə 3,627 mlrd. kubmetr, “Azərenerji” ASC-yə 2,564 mlrd. kubmetr, “Azneft” İB-yə və digər mənbələrə 1,649 mlrd. kubmetr nəql edilib.

Onun sözlərinə görə, hesabat dövründə Naxçıvana 164 mln. kubmetr, Gürcüstana 730 mln. kubmetr təbii qaz ötürülüb.

Son xəbərlər

Orphus sistemi