SOCAR 4,3 mln. ton neft hasil edib

SOCAR 4,3 mln. ton neft hasil edib SOCAR-ın neft hasilatının 631,5 min tonu iyul ayının payına düşüb
Energetika
5 Sentyabr , 2017 10:32
SOCAR 4,3 mln. ton neft hasil edib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 336,9 min ton xam neft hasil edib.

“Report” xəbər verir ki, 7 ay ərzində SOCAR-ın neft hasilatının 631,5 min tonu iyul ayının payına düşüb.

Hesabat dövründə Azərbaycan üzrə 22 499,5 min ton neft hasil olunub ki, onun da 3 339 min tonunu iyul ayının hasilatı təşkil edib. 

Son xəbərlər

Orphus sistemi