SOCAR 316 min ton dizel yanacağı ixrac edib

SOCAR 316 min ton dizel yanacağı ixrac edib Ötən ay dünya bazarında “BTC FOB Ceyhan” tipli xam neft isə 47,51 dollar/barelə satılıb
Energetika
1705
3 İyul , 2017 17:14
SOCAR 316 min ton dizel yanacağı ixrac edib

Bakı. 3 iyul .REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin iyun ayında 52 640 ton dizel yanacağı, 3 479 ton təyyarə yanacağı ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, ötən ay İdarə tərəfindən 7 471 ton yüksək təzyiqli polietilen, 286 ton mütləqləşdirilmiş izopropil spirti, 6 201 ton maye piroliz qətranı, 5 149 ton propilen və 3 152 ton butilen butadien fraksiyası ixrac edilib.

Ümumilikdə, 2017-ci ilin yanvar-iyun ayları ərzində 315 554 ton dizel yanacağı, 24 085 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 47 811 ton yüksək təzyiqli polietilen, 5 819 ton mütləqləşdirilmiş izopropil spirti, 34 301 ton maye piroliz qətranı, 22 157 ton propilen və 15 319 ton butilen butadien fraksiyası ixrac edilib. 2017-ci ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti 486,51 ABŞ dolları/ton, təyyarə yanacağı - 444,80 dollar/ton, dizel yanacağı - 409,64 dollar/ton, 1%-li kükürdlü mazut - 286,89 dollar/ton, yüksək təzyiqli polietilen - 1 175 dollar/ton, butilen butadien fraksiyası - 502,90 dollar/ton, maye piroliz qətranı - 486,51 dollar/ton, propilen - 840 avro/ton, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti isə 1467,50 avro/ton təşkil edib.

Ötən ay dünya bazarında “Brent” tipli xam neftin 1 bareli 46,53 dollara, “Urals” nefti 45,97 dollara, “BTC FOB Ceyhan” tipli xam neft isə 47,51 dollara satılıb.