Yuxarı
    Bağlamaq

    SOCAR 2017-ci ildə DSMF-yə ödənişini 8% artırıb

    © Report

    Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ildə Dövlət Sosial Müdafiə Fonduna 155,984 mln. manat vəsait ödəyib.

    “Report” SOCAR-a istinadən xəbər verir ki, bu da 2016-cı illə müqayisədə 8% artıqdır.

    SOCAR 2017-ci il ərzində dövlət büdcəsinə 1 511,033 mln. manat vəsait ödəyib. Şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən 115, 577 mln. manat, yəni 8,3% artıb.

    “SOCAR-ın dövlət büdcəsinə ödənişlərinin artırılması Şirkətin sabit maliyyə durumunun göstəricilərindəndir”, - məlumatda qeyd olunub.

    Şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, SOCAR Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji istiqamət üzrə irəliləyərək son illərdə əməliyyat portfelini genişləndirməyə və şaxələndirməyə davam edib: “Həyata keçirdiyimiz beynəlxalq layihələr, illər əvvəl ölkə daxilində və xaricdə qoyduğumuz sərmayələr şirkətin hazırkı maliyyə nəticələrinə müsbət təsir göstərib, dövlət büdcəsinə ödənişlərin davamlı və artan xətt üzrə təmin olunması üçün əlverişli zəmin yaradıb”.
    Qeyd edək ki, bir neçə il əvvəl müəyyən edilmiş strateji inkişaf strategiyasının əsasında SOCAR neft-kimya və neft-qaz emalı sənayesində fəaliyyətlərini genişləndirərək öz gəlir mənbələrinin balanslaşdırılması istiqamətində mühüm addımlar atıb. Son illərdə xam neftin qiymətinin kəskin düşməsi fonunda neft-kimya məhsullarının daha az dəyişkənliyə məruz qalması Şirkətin gəlirlərinə müsbət təsir göstərib. Nəticədə SOCAR dünya enerji sənayesində baş vermiş böhranın təsirlərinə tab gətirərək 2016 və 2017-ci illəri mənfəətlə başa vurmağa nail olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi