SOCAR-ın təhlükəsizlik işçiləri 200 ailəyə sosial yardım edir - VİDEO

SOCAR-ın təhlükəsizlik işçiləri 200 ailəyə sosial yardım edir - VİDEO Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində SOCAR-ın Təhlükəsizlik İdarəsi kollektivinin təşəbbüsü ilə İdarənin 30, 31 və 35 saylı mühafizə bölmələrinin, eləcə də “Etalon Security” MMC-nin əhatə etdiyi ərazilərdə yaşayan aztəminatlı ailələrə sosial yardımın göstərilməsi nəzərdə tutulur.
Energetika
8 Aprel , 2020 16:09
SOCAR-ın təhlükəsizlik işçiləri 200 ailəyə sosial yardım edir - VİDEO
0 : 00
0 : 00

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində SOCAR-ın Təhlükəsizlik İdarəsi kollektivinin təşəbbüsü ilə İdarənin 30, 3135 saylı mühafizə bölmələrinin, eləcə də “Etalon Security” MMC-nin əhatə etdiyi ərazilərdə yaşayan aztəminatlı ailələrə sosial yardımın göstərilməsi nəzərdə tutulur.

Bu barədə “Report”a qurumdan məlumat verilib.

Bu yardımlar əməkdaşların şəxsi vəsaitlərindən verilir. 

Məlumatda bildirilir ki, həmin kateqoriyaya daxil olan ailələr əsasən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xəzər rayonu, Binə və Qala qəsəbələri, Sabunçu rayonu, Yeni Ramana və Balaxanı qəsəbələri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Səbail rayonu, Y.Əliyev küçəsi, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi və digər ərazilərdə məskunlaşıblar. 

Həmin ərazilərdə bəzi insanlar qanuni şəkildə, bəziləri isə dəllalların tələsinə düşərək sənaye təyinatlı torpaqlarda qanunsuz məskunlaşıb. Bu da onların özləri üçün ziyan və təhlükəli olduğuna görə, idarənin əməkdaşları sənaye təyinatlı müəssisələri mühafizə edərək insanları bundan qorumağa və çəkindirməyə çalışsalar da, artıq çoxlu sayda insan həmin ərazilərdə və onlara bitişik olan ərazilərdə məskunlaşıb.

Onların bir çoxunun maddi durumunun çətin olduğunu nəzərə alaraq, İdarə belə bir humanist aksiyanın keçirilməsi qərarına gəlib. 200 ailə üçün nəzərdə tutulan yardıma ərzaq məhsulları, yuyucu vasitələr və qoruyucu ləvazimatlar daxildir.

Sosial aksiya çərçivəsində SOCAR-ın mühafizə zonasına yaxın ərazilərdə yaşayan imkansız, fiziki cəhətdən qüsurlu və eyni zamanda evdən çıxa bilməyən vətəndaşlara İdarə tərəfindən operativ şəkildə dəstəyin göstərilməsi həyata keçiriləcəkdir.

Qeyd edək ki, bu məqsədlə Təhlükəsizlik İdarəsində növbətçi hissə əməkdaşları tərəfindən fasiləsiz olaraq müraciətlər qəbul ediləcək (Əlaqə üçün: 050-842-00-80, 012-521-06-30).

Tədbirin aprelin 8-11 tarixlərində həyata keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi