SOCAR 20 Yanvar qətliamının 31-ci ildönümü ilə bağlı paylaşım etdi

SOCAR 20 Yanvar qətliamının 31-ci ildönümü ilə bağlı paylaşım etdi 1990-cı ilin Qanlı 20 Yanvar faciəsindən 31 il keçir.
Energetika
261
20 Yanvar , 2021 12:30
SOCAR 20 Yanvar qətliamının 31-ci ildönümü ilə bağlı paylaşım etdi

1990-cı ilin Qanlı 20 Yanvar faciəsindən 31 il keçir.

“Report” xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) videoçarx paylaşıb.

Paylaşımda deyilir:

“Həmin gecə Vətənin azadlığı üçün canından keçərək şəhidlik zirvəsinə ucalan vətənpərvər Azərbaycan oğul və qızlarının ruhu qarşısında baş əyir, onların əziz xatirəsini qürur və ehtiramla yad edirik. 31 il ərzində Şəhidlər xiyabanı xalqımızın and yerinə çevrildi. Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş Yanvar şəhidlərinin ruhu bu gün daha rahatdır. Müzəffər Azərbaycan Ordusu işğal altında olan Qarabağ torpaqlarını erməni qəsbkarlarından azad edib şərəfli tariximizin Zəfər səhifəsini yazdı.

Azərbaycan neftçiləri müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olmuş bütün oğul və qızlarımızın xatirəsini hər zaman böyük ehtiramla yad edəcək. Allah rəhmət etsin!”

Son xəbərlər

Orphus sistemi