Yuxarı

SOCAR "Çilov" dəniz yatağında platformanın tikintisini başa çatdırıb

Yeni platforma 10 quyunun qazılması üçün nəzərdə tutulub

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Çilov" yatağında 112 saylı dəniz stasionar platformasının tikintisini başa çatdırıb.

Şirkətin məlumatında deyilir ki, yeni platforma 10 quyunun qazılması üçün nəzərdə tutulub. Platformanın tikintisi "28 May" NQÇİ-nin sifarişi ilə həyata keçirilib. 

Platforma dənizdə 5-6 metr dərinlikdə quraşdırılıb. Onun ümumi sahəsi 2 250 kv. metr təşkil edir. Platforma 4 minik və 6 yanalma meydançaları ilə təchiz olunub. Yeni obyektin istismarına yaxın günlərdə başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi