​"Snam" TAP-da iştirakla bağlı qərarını ilin sonuna qədər açıqlayacaq

​"Snam" TAP-da iştirakla bağlı qərarını ilin sonuna qədər açıqlayacaq İtaliya şirkəti TAP layihəsində 20% pay almaq niyyətindədir
Energetika
4 Sentyabr , 2015 15:04
​Snam TAP-da iştirakla bağlı qərarını ilin sonuna qədər açıqlayacaq

Bakı. 4 sentyabr. REPORT.AZ/ İtaliyanın "Snam" şirkəti bu ilin sonuna qədər Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində iştirak payının alınması ilə bağlı qərar verəcək. 

"Report" xəbər verir ki, bunu "Snam"ın icraçı direktoru Karlo Malakarne (Carlo Malacarne) "Ambrosseti Forum" biznes konfransında çıxışı zamanı deyib: "Mən ilin sonuna qədər bu barədə daha çox məlumatımız olacağına inanıram".

K.Malakarne həmçinin İtaliyanın illik qaz tələbatının bu il daha 5% artaraq 70-71 mlrd. kubmetrə çatdığını bildirib.

Qeyd edək ki, TAP-ın səhmdarları qismində BP (20%), SOCAR (20%), “Statoil” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləri çıxış edir.

Xatırladaq ki, K.Malakarne bu ilin iyununda şirkətin TAP-da 20% pay almaq istədiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi