Slovakiya XİN-in xüsusi elçisi: "Azərbaycan Avropanın enerji təminatı üçün böyük potensiala malikdir"

Slovakiya XİN-in xüsusi elçisi: "Azərbaycan Avropanın enerji təminatı üçün böyük potensiala malikdir" Bu il Vışeqrad Qrupunun sədri olan Macarıstanın Azərbaycandakı səfirliyi ADA Universitetilə birgə “Enerji təhlükəsizliyi: yeni və köhnə çözümlər – Mərkəzi Avropadan görünüş”.
Energetika
15 Noyabr , 2021 21:18
Slovakiya XİN-in xüsusi elçisi: Azərbaycan Avropanın enerji təminatı üçün böyük potensiala malikdir

Bu il Vışeqrad Qrupunun sədri olan Macarıstanın Azərbaycandakı səfirliyi ADA Universitetilə birgə “Enerji təhlükəsizliyi: yeni və köhnə çözümlər – Mərkəzi Avropadan görünüş” mövzusu ilə bağlı tədbir keçirib.

“Report” xəbər verir ki, tədbirdə enerji ehtiyatlarının nəql yollarının şaxələndirilməsi məsələləri müzakirə olunub.

Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi Vışeqrad Qrupu ölkələri arasında səmərəli əməkdaşlıq qurulduğunu bildirib: “Mədəniyyətdən tutmuş enerjiyədək ən müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni istiqamətlər axtarırıq. Həmçinin pandemiyadan sonrakı dövrdə iqtisadiyyatın dirçəlməsi də mühüm məsələdir. Bununla belə enerji təhlükəsizliyinin də təmin olunması məsələsində müəyyən vəzifələr qarşımızda durur, onu müzakirə etmək üçün hazırda buradayıq”.

Çex Respublikasından olan ekspert Martin Peyrhomovski də enerji təhlükəsizliyi məsələsinin kəskinm xarakter daşıdığını qeyd edib: “Dünyada enerji təhlükəsizliyilə bağlı vəziyyət sürətlə dəyişir. Bu, Vışeqrad Qrupu, Avropa ittifaqı üzv ölkələrindən savayı Aİ-nin qonşuları, o cümlədən Azərbaycanda da belədir”.

Şərq Tərəfdaşlığı proqramının fikir mübadiləsi baxımdan mühüm platform olduğunu dilə gətirən ekspert “yaşıl” hidrogeniumdan daha geniş istifadə etməyə də çağırıb: “Aİ və dünya enerji təhlükəsizliyilə bağlı layihələrə daha çox sərmayə yatırmalıdır. Enerji təhlükəsizliyi çevik tədbirlər tələb edir”.

Macarıstanın Enerji və Kommunal Təsərrüfatının Tənzimlənməsi İdarəsinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Pal Saqvari də ölkəsinin 2050-ci ilədək enerji təhlükəsizliyinə dair dürüst niyyətlərinin, 2030-ci ilədək isə hədəflərinin olduğunu bildirib:

“Bazarda çətin vəziyyət yaranıb. Kömür və qaz bahalaşıb, bu da qaz sənayesində sabitsizliyi şərtləndirir”.

Ekspert qeyd edib ki, 2020-ci ilin əvvəlində Macarıstanda qəbul edilmiş enerji strategiyası enerji sektorunun karbonsuzlaşdırılması, nüvə texnologiyalarına üstünlük verilməsi, boz kömürdən mərhələlərlə imtina olunması kimi hədəfləri nəzərdə tutur. Əsas ehtiyat mənbə olaraq qaz nəzərdə tutulur.

Slovakiya Xarici İşləır Nazirliyinin enerjiyə dair xüsusi elçisi Yuray Sivaçek qeyd edib ki, Azərbaycan Avropanın enerji təminatı üçün böyük potensiala malik

Son xəbərlər

Orphus sistemi