Siyəzən və Qazax magistral qaz kəmərlərində təmir işləri aparılacaq

Siyəzən və Qazax magistral qaz kəmərlərində təmir işləri aparılacaq Xızı və Daşkəsən rayonlarının kəndlərinə qaz verilişində məhdudiyyət olacaq
Energetika
30 Noyabr , 2016 10:51
Siyəzən və Qazax magistral qaz kəmərlərində təmir işləri aparılacaq

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu gün saat 16:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Altıağac”, saat 10:00-dan 13:00-dək Qazax magistral qaz kəmərləri sahəsinin “Xoşbulaq” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir müddətində Xızı rayonunun Altıağac, Qızılqazma və Yalınca, Daşkəsən rayonunun Zağalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Son xəbərlər

Orphus sistemi