Siyəzən magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Siyəzən magistral qaz kəmərləri sahəsində təmir aparılacaq Təmir müddətində Siyəzən rayonunun Zarat, Çandahar və Qara-Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
11 Oktyabr , 2016 17:27
Siyəzən magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Bakı. 11 oktyabr. REPORT.AZ/ Oktyabrın 12-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Zarat”, “Çandahar”, “Qara Siyəzən”, “Giləzi kərpic zavodu'', “Hacılar MMC”, “MMZ quşçuluq”, “Beşdam” ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Report” SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Siyəzən rayonunun Zarat, Çandahar və Qara-Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Son xəbərlər

Orphus sistemi