Siyəzən magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Siyəzən magistral qaz kəmərləri sahəsində təmir aparılacaq Aparılan işlərin Siyəzən və Xızı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür
Energetika
10 Yanvar , 2017 16:20
Siyəzən magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Bakı. 10 yanvar. REPORT.AZ/ Yanvarın 11-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin ''Yaşma'' qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, aparılan işlərin Siyəzən və Xızı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi