Siyəzən magistral qaz kəməri sahəsində təmir aparılacaq

Siyəzən magistral qaz kəməri sahəsində təmir aparılacaq Aparılan işlərin Siyəzən və Xızı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür
Energetika
2200
7 Noyabr , 2016 17:55
Siyəzən magistral qaz kəməri sahəsində təmir aparılacaq

Bakı. 7 noyabr. REPORT.AZ/ Noyabrın 8-də saat 10:00-dan 17:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Yaşma” və “Giləzi” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

“Report” SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində aparılan işlərin Siyəzən və Xızı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.