“Azərenerji” sistemtəşkiledici xətləri və yarımstansiyaları yenidən qurur

“Azərenerji” sistemtəşkiledici xətləri və yarımstansiyaları yenidən qurur Bakı. 25 dekabr. REPORT.AZ/ “Azərenerji” ASC-nin balans mənsubiyyətinə aid olan elektrik stansiyaları ilə yanaşı, ötürücü xətlər və yarımstansiyalarda da kompleks tikinti, bərpa və yenidənqurma işlərinə başlanılıb.
Energetika
25 Dekabr , 2018 12:52
“Azərenerji” sistemtəşkiledici xətləri və yarımstansiyaları yenidən qurur
“Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı / Report/ Firi Salim

Bakı. 25 dekabr. REPORT.AZ/ “Azərenerji” ASC-nin balans mənsubiyyətinə aid olan elektrik stansiyaları ilə yanaşı, ötürücü xətlər və yarımstansiyalarda da kompleks tikinti, bərpa və yenidənqurma işlərinə başlanılıb.

Bu barədə "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı məlumat verib.

Onun sözlərinə görə, “Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə hazırlanmış reablitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq aparılan təftişdən sonra aşkar edilən nöqsan və nasazlıqların aradan qaldırılması, istismar müddətini başa vuran hissələrin dəyişdirilməsi istiqamətində işlər həyata keçirilir.

“İlkin mərhələdə sistemtəşkiledici 110 kV-luq ikidövrəli “8-ci” km hava xətlərinin 3-cü və 4-cü xətlərində istismara yararsız naqillər, izolyatorlar dəyişdirilib, hava xəttinin dayaqları təmir edilib. Eyni zamanda, 110 kV-luq 1-ci “Xırdalan”, 110 kV-luq 2-ci “Maştağa”, 220 kV-luq “Zabrat” hava xətlərində yenidənqurma işləri aparılıb.

Respublikanın bölgələrində də işlər həyata keçirilməkdədir. Belə ki, 220 kV-luq 6-cı “Masallı”, 110 kV-luq 2-ci “Salyan” 110 kV-luq 3-cü “Sabirabad” hava xəttlərində istismar müddətini başa vuran dayaq və naqillər dəyişdirilib.

Elektrik verlişi xətləri ilə yanaşı yarımstansiyaların da müasirləşdirilməsi sürətlə davam edir. Yarımstansiyalarda ifrat yüklənən transformatorların yeniləri ilə əvəz olunması məqsədilə sifariş edilən 13 ədəd transformatorun quraşdırılmasına başlanılıb. “Əhmədli”, “Zabrat”, “135 Saylı, “Sumqayıt-2”, “Sulfanol” və “Kimyaçılar” yarımstansiyalarında quraşdırılan transformatorların hesabına 400 MVA-ya yaxın güc artımına nail olunacaq. 

Davamlı şəkildə gerçəkləşdirilməsi müəyyənləşdirilən tədbirlər ölkə enerjisisteminin stabil, təhlükəsiz, dayanıqlı iş rejimində fəaliyyət göstərməsi və iyul ayında baş verən enerji böhranının təkrar olunmaması üçün vacib əhəmiyyət kəsb edir”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi