Şist neftin barelinin maya dəyəri 35 dollara düşüb

Şist neftin barelinin maya dəyəri 35 dollara düşüb Şist neft sənayesi inkişaf etməyə davam edəcək
Energetika
6 Mart , 2017 19:18
Şist neftin barelinin maya dəyəri 35 dollara düşüb

Bakı. 6 mart. REPORT.AZ/ Son 3 ildə şist neftin barelinə çəkilən xərc 2 dəfədən çox azalaraq 35 ABŞ dollarına düşüb. 

"Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə açıqlama Norveçin Oslo şəhərində yerləşən neft-qaz sektoru araşırma və konsaltinq şirkətinin hesabatına istinadən verilib. Dünyanın ən böyük neft şirkətlərindən biri olan ABŞ-ın "Exxon Mobil" keçən həftə öz strategiyasını kəskin dəyişdiyini və ənənəvi neft hasilatından şist neft hasilatına üstünlük verəcəyi barədə məlumat yayıb. Şirkət 2025-ci ilə qədər ABŞ-da şist neft hasilatı həcminin hər il ortalama 20% artıracağını açıqlayıb. 

Ekspertlər ənənəvi neft hasilatının maya dəyərinin getdikcə artmağa davam etdiyini, məhz bu səbəbdən şirkətlərin getdikcə şist neft hasilatına keçmək istədiklərini bildiriblər. Həmçinin şist nft hasilatçılarının neftin indiki qiyməti ilə fyuçers əməliyyatları həyata keçirərərk özlərini hedc etdikləri bildirilir. Bu da, şist neft sənayesinin hələ uzun müddət inkişaf edəcəyini göstərir. Qiymətlər azalmağa başlasa belə, şist neft hasilatçıları fəaliyyətlərini davam etdirmək iqtidarında olacaqlar. 

Son xəbərlər

Orphus sistemi