Şimal dənizindən neft ixracının həcmi son 4 ilin rekordunu yeniləyəcək

Şimal dənizindən neft ixracının həcmi son 4 ilin rekordunu yeniləyəcək Su hövzəsində yeni yataqların istismara verilməsi gözlənilir
Energetika
4 Noyabr , 2016 17:48
Şimal dənizindən neft ixracının həcmi son 4 ilin rekordunu yeniləyəcək

Bakı. 4 noyabr. REPORT.AZ/ Şimal dənizindəki neft hasilatçıları son 4 il üzrə rekord həddə neft ixrac etməyə hazırlaşırlar. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu, Neft İxrac Edən Ölkələrin (OPEC) Avstriyanın paytaxtı Vyanada keçiriləcək sammiti öncəsi neft bazarı üçün mənfi xəbərdir.

Məlumatda bildirilir ki, gələn ay adı çəkilən su hövzəsindən ixracın aylıq müqayisədə 10% artaraq 2,16 mln. barelə çatması gözlənilir. Bu, baş tutsa, 2012-ci ilin may ayından bəri ən yüksək həcm olacaq və sutkalıq ixrac 360 min bareli üstələyəcək. 

Belçikanın eneji bazarında araşdırmalar aparan "KBC Energy Economics" şirkətinin baş məsləhətçisi Ehsan ül-Haq bildirib ki, Şimal dənizindən neft ixracının kəskin artması neft bazarındakı təklifin izafiliyini bir qədər də artıracaq və bazarın tarazlığını daha da pozacaq: "Əgər OPEC həqiqətən də hasilatı azaldaraq neft bazarını tarazlaşdırmaq istəyirsə, o zaman daha çox azalmaya getmək məcburiyyətində qalacaq".

Dekabrda Böyük Britaniyanın "Forties" yatağından gündəlik az 25 gəminin (bu 2011-ci ildən etibarən maksimal həddir), Norveçin "Grane" yatağından isə 10 gəminin (bu isə 2010-cu ildən etibarən maksimal həddir) neftlə doldurularaq dünya bazarına yola salınması planlaşdırılıb ki, bu da Britaniyadan gündəlik orta hesabla 483 871 barel, Norveçdən isə 193 548 barel neft ixracı deməkdir.

Bu arada Norveçin "Statoil" şirkəti isə Şimal dənizində yeni "Trestakk" yatağını istismara verməyə hazırlaşdığını bildirib. "Fitch" beynəlxalq reytinq agentliyinin "BMİ Research" araşdırma departamentinin analitiklərinin fikrincə, Şimal dənizi hövzəsində xərclərin və risk amilinin aşağı olması bura investisiyaları artıracaq. 

Son xəbərlər

Orphus sistemi