Şimal dənizindəki platformada baş verən qaz sızıntısının səbəbləri araşdırılır

Şimal dənizindəki platformada baş verən qaz sızıntısının səbəbləri araşdırılır Sızıntıya görə platformada hasilat dayandırılıb
Energetika
29 Dekabr , 2015 19:54
Şimal dənizindəki platformada baş verən qaz sızıntısının səbəbləri araşdırılır

Bakı. 29 dekabr. REPORT.AZ/ ABŞ-ın "Marathon Oil" korporasiyanın Şimal dənizinin Böyük Britaniyaya məxsus hissəsində operatoru olduğu "Brae Alpha" platformasında qaz sızıntısına görə şənbə günündən dayandırılan hasilat hələ bərpa olunmayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hazırda qaz sızıntısının hansı səbəbdən baş verməsi araşdırılır.

Platformada baş verən sızıntıya görə xəsarət alan olmayıb.

Qeyd edək ki, ABŞ-ın "Marathon Oil" korporasiyası neft və qaz hasilatı və kəşfiyyatı ilə məşğuldur. Korporasiya ABŞ, Polşa, Anqola və İraqda kəşfiyyat, ABŞ, Böyük Britaniya, Norveç və Ekvatorial Qvineyada hasilat aparır.

"Marathon Oil" Böyük Britaniyanın "Brae" ərazisində üç platformada operatordur: "Brae Alpha", "Brae Bravo" və "East Brae". "Brae Alpha" Aberdendən 155 ml şimal-şərqdə yerləşir.

Son xəbərlər

Orphus sistemi