Bakı.7 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın Şimal dənizindəki “Perenco” 23 A qaz özülündə bir nəfər ölüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, onun bədbəxt hadisə zamanı həlak olduğu bildirilir. Lakin hadisənin təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, “Perenco” Şimal dənizində bir neçə qaz yatağı olan neft və qaz şirkətidir. Şirkətin Şimal dənizindən qaz hasilatı təxminən neft ekvivalenti ilə 72 000 barel/gün təşkil edir.