“Şimal axını-2” çərçivəsində gələn həftə dənizin dibində işlərə başlanılır

“Şimal axını-2” çərçivəsində gələn həftə dənizin dibində işlərə başlanılır Bakı. 12 dekabr. REPORT.AZ/ Dekabrın 17-də Baltik dənizinin Finlandiya sularında “Şimal axını-2” boru kəmərinin dənizin dibində döşənməsi işlərinə başlanılacaq.
Energetika
12 Dekabr , 2018 15:40
“Şimal axını-2” çərçivəsində gələn həftə dənizin dibində işlərə başlanılır
0 : 00
0 : 00

Bakı. 12 dekabr. REPORT.AZ/ Dekabrın 17-də Baltik dənizinin Finlandiya sularında “Şimal axını-2” boru kəmərinin dənizin dibində döşənməsi işlərinə başlanılacaq.

“Report” xəbər verir ki, bu barədə “Nord Stream 2 AG” şirkətinin saytındakı məlumatda bildirilir.

 “Pioneering Spirit” borudöşəyən gəmisi Danimarkaya məxsus Böyük Belt boğazından Baltik dənizinə daxil olaraq “Şimal axını-2” qaz kəmərinin tikintisinə cəlb olunmuş gəmilərə qoşulacaq. Bu gəmi gələn həftə Finlandiyanın Xüsusi İqtisadi Zonasında boru döşəməyə başlayacaq”, - məlumatda qeyd olunub.

Bundan əvvəl bir neçə gün ərzində Danimarka limanında hazırlıq işləri üçün saxlanılacağı bildirilən gəmi daha sonra layihə çərçivəsində görülən işlərə cəlb ediləcək.

Qeyd edək ki, “Pioneering Spirit” gəmisinin məxsus olduğu İsveçrənin “Allseas” şirkəti bu ilin aprel ayında “Şimal axını”nın dəniz hissəsində boru döşəmələri üçün “Nord Stream 2” ilə müqavilə imzalamışdı. Sözügedən gəmi daha əvvəl “Türk axını” layihəsində də dəniz dibində boru döşəməkdə istifadə olunmuşdu.

Son xəbərlər

Orphus sistemi