Yuxarı

​"Silk Way Helicopter Services" neft-qaz sektoruna xidmət dairəsini genişləndirib

Şirkətin hava donanmasının əsas tərkib hissəsi S-92 model ağır helikopterlərdir

Bakı. 15 aprel. REPORT.AZ/ "Silk Way Helicopter Services" (SWHS) kommersiya şirkətinə quru və dənizdəki neft-qaz platformalarında OGP (Oil & Gas Producers Standard) standartlarına uyğun xarici yük asqısı işləri üçün rəsmi xidmət təminatçısı statusu verilib.

"Report"un "Silk Way Helicopter Services" şirkətinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu xidmətlərin əsas istiqaməti neft-qaz platformalarında fakel boruların dəyişdirilməsinə yönəlib, həmçinin iritutumlu yüklərin çətin dislokasiya yerlərinə daşınması üzrə xidmətlərin geniş spektrini əhatə edir.

Əməliyyatlar ABŞ-ın "Sikorsky" şirkətinin hava donanmasının əsas tərkib hissəsi olan "S-92" model ağır helikopterlər vasitəsilə həyata keçirilir. Dəniz və qurudakı qurğularda fakel boruların dəyişdirilməsi unikaldır. Belə ki, dünyada bu cür əməliyyatları yerinə yetirən aviaşirkətlərin sayı çox azdır. Bu uçuşları yerinə yetirmək üçün hava gəmisi ekipajının xüsusi məharəti, hava gəmisinin yüksək texnoloji texniki təchizatı və aviaşirkətin bütün əlaqədar xidmətlərinin nizamlı işi tələb olunur.

SWHS öz növbəsində Xəzər dənizi, eyni zamanda Rusiya, Afrika və Cənub-Şərqi Asiya regionlarında potensial müştərilərə xidmət göstərməyə hazırdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi