Yuxarı
    Bağlamaq

    “Siemens” Rusiya şirkətləri ilə lisenziya sazişini ləğv edir

    Buna səbəb Krıma qaz turbinlərinin çatdırılmasıdır

    Bakı. 21 iyul. REPORT.AZ/ Almaniyanın “Siemens” şirkəti elektrik stansiyası üçün avadanlıqların təchizatı ilə bağlı Rusiyadakı tərəfdaşları ilə lisenziya müqaviləsini ləğv edəcək.

    “Report” xəbər verir ki, bu barədə “RİA-Novosti” agentliyi şirkətin elanına istinadən xəbər yayıb.

    Şirkət Krıma 4 qaz turbininin qanunsuz olaraq daşındığını iddia edir. Buna görə də şirkət onları geri almaq və müqaviləni ləğv etmək istəyir.

    Qeyd edək ki, bu il iyulun 11-də “Siemens”in “Rostex” dövlət korporasiyasının mühəndislik üzrə törəməsi “Texnopromeksport” şirkətinin nümayəndələrinə qarşı məhkəmə iddiası qaldırdığı barədə məlumat yayılıb.

    .

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi