Sibirdə nəhəng LNG layihəsinə başlanılır

Sibirdə nəhəng LNG layihəsinə başlanılır Rusiyanın ən böyük, özəl təbii qaz şirkəti olan “Novatek” Sibirdə Arctic LNG 2 zavodunu işə salmaq qərarına gəlib.
Energetika
100
5 Sentyabr , 2019 17:54
Sibirdə nəhəng LNG layihəsinə başlanılır

Rusiyanın ən böyük, özəl təbii qaz şirkəti olan “Novatek” Sibirdə "Arctic LNG 2" zavodunu işə salmaq qərarına gəlib.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət layihəyə 21,3 milyard ABŞ dolları investisiya yatıracaq.

"Novatek" in icraçı direktoru Leonid Mihelson, şirkətin qlobal sıxılmış təbii qaz (LNG) bazarında əsas oyunçu kimi mövqeyini gücləndirdiyini bildirib. 

"Arctic LNG 2", "Yamal LNG 2"dən sonra "Novatek"in 2-ci LNG istehsalı layihəsidir. İllik 19,8 milyon kubmetr LNG istehsalına imkan verəcək layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.

Layihədə "Novatek"in payı 60%-dir. Qalan 40%-lik hissə hər biri 10% olmaqla Çinin Milli Neft Korporasiyasına (CNPC) və Yaponiyanın "Mitsui" konsorsiumuna, CNPC-nin törəmə şirkəti CNODC-yə, Yaponiyanın JOGMEC" şirkətinə və Fransanın TOTAL şirkətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi