“Shell” Şimal dənizindəki aktivlərini 3 mlrd. dollara satacaq

“Shell” Şimal dənizindəki aktivlərini 3 mlrd. dollara satacaq Böyük Britaniya-Niderland birgə neft-qaz şirkəti xərclərini və borclarını azaldır
Energetika
27 Yanvar , 2017 17:44
“Shell” Şimal dənizindəki aktivlərini 3 mlrd. dollara satacaq

Bakı. 27 yanvar. REPORT.AZ/ Böyük Britaniya-Niderland birgə neft-qaz şirkəti olan “Shell” Şimal dənizindəki aktivlərinin böyük hissəsini 3 mlrd. dollara satmaq niyyətindədir.

Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, “Shell”in aktivlərini adı çəkilən su hövzəsində yataqların işlənməsi ilə məşğul olan “Chrysaor” şirkəti alacaq. Alqı-satqı prosesinin “Chrysaor”un özəl investisiya firması olan “EIG Partners” vasitəsi ilə reallaşacağı gözlənilir.

Həmçinin bildirilir ki, “Shell”in aktivlərini satması şirkətin xərclərini və borclarını azaltmaq istəyi ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi