“Shell” Misirdəki qaz yatağına sərmayə qoymaqdan imtina edib

“Shell” Misirdəki qaz yatağına sərmayə qoymaqdan imtina edib Şirkət payını satışa çıxarıb
Energetika
22 Dekabr , 2016 19:38
“Shell” Misirdəki qaz yatağına sərmayə qoymaqdan imtina edib

Bakı. 22 dekabr. REPORT.AZ/ “Shell” Misirin “Rosetta” qaz yatağında hasilatı gələn ilin iyul ayınadək dayandırmaq niyyətindədir və payını satışa çıxarıb.

“Report” xəbər verir ki, bu barədə Daily News Egyptməlumat yayıb.

Bildirilib ki, Misir hökumətinin ödəmədiyi öhdəliklərinə görə “Shell” hasilatı saxlamaq üçün qaz yatağına investisiya qoymaqdan imtina edib.

Misirin Neft Nazirliyi “Shell” şirkətinə “Rashid” (“Rosetta” yatağının hissəsi) və “Borollos” yataqlarına görə, 1,3 mlrd.dollar borcludur.

Misirin milli “Egas” qaz şirkətinin rəsmisi bildirib ki, “Rosetta” böyük həcmdə sərmayə tələb edir və Misir bazarındakı hazırki qaz qiymətləri onu təmin etmir.

Qeyd edək ki, 2015-2016-cı illərdə “Shell” “Rosetta” və “Borollos” layihələrinə investisiyasını 222 mln dollardan 158,9 mln.dollara endirib. Bu ilin aprel ayında “Shell” “Rosetta” qaz emalı zavodunu 128 mln.dollara BP şirkətinə satıb.

Son xəbərlər

Orphus sistemi