Yuxarı
    Bağlamaq

    ​"Shell" İrana olan borcunu ödəyib

    Borclu şirkətin sözçüsü faktı təsdiqləyib

    Bakı. 8 mart. REPORT.AZ/ "Shell" Niderland-Britaniya neft şirkəti İran Milli Neft Şirkətinə (NİOC) olan 1,94 mlrd. dollarlıq borcunu avro ilə tam ödəyib.

    "Report" İran KİV-inə istinadən xəbər verir ki, bu haqda "Shell"in sözçüsü açıqlama yayıb.

    Məlumata görə, sanksiyalar tətbiq edildiyindən Niderland-Britaniya şirkəti İrana olan borcunun ödəyə bilmirdi.

    İranla ticarətin dollarla edilməsi qadağası götürülmədiyindən ödəmə avro ilə həyata keçirilib. Borclu şirkətin sözçüsü isə faktı bu gün təsdiqləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi