​"Shell" Arktikada neft və qaz axtarmaq üçün qazma işləri aparacaq

​"Shell" Arktikada neft və qaz axtarmaq üçün qazma işləri aparacaq Şirkət qazma işləri aparmaq üçün razılıq alıb
Energetika
18 Avqust , 2015 02:36
​Shell Arktikada neft və qaz axtarmaq üçün qazma işləri aparacaq

Bakı. 18 Avqust. REPORT.AZ/ ABŞ-ın Prezident Administrasiyası avqustun 17-də "Royal Dutch Shell" energetika şirkətinin neft və qaz axtarmaq məqsədi ilə Arktikada qazma işləri aparmasına icazə verib.

"Report" xəbər verir ki, bu barədə Vaşinqtonun "Politico" qəzeti yazıb.

"Bu gün Obama administrasiyası "Royal Dutch Shell" şirkətinin Arktikanın sualtı hissəsində neft və qaz axtarmaq üçün qazma işləri aparmasına icazə verib", - deyə nəşr yazır.

Şirkət artıq 1989-1990-cı illərdə Çukot dənizində qazma işləri aparıb və təbii qaz, həmçinin, neftin olması əlamətlərini aşkar edib. Hazırda "Royal Dutch Shell" bu ərazidə daha iri neft yataqları tapmağa cəhd göstərəcək.

ABŞ Geoloji Xidmətinin hesablamalarına əsasən, Arktikada ümumilikdə 90 milyard barel hasil edilə bilən hələ aşkar olunmamış neft yataqları mövcuddur. Bu rəqəm bütün dünya üzrə öyrənilməmiş neft yataqlarının 13 faizini təşkil edir.

Son xəbərlər

Orphus sistemi