Səudiyyə naziri: “OPEC+ sazişini mart ayının sonuna qədər uzatmaq düzgün olardı”

Səudiyyə naziri: “OPEC+ sazişini mart ayının sonuna qədər uzatmaq düzgün olardı” OPEC+ sazişini 2020-ci ilin mart ayının sonuna qədər uzatmaq düzgün olardı, amma bazar stabilləşərsə, müddəti dekabra da azaltmaq olar.
Energetika
1 İyul , 2019 18:04
Səudiyyə naziri: “OPEC+ sazişini mart ayının sonuna qədər uzatmaq düzgün olardı”

OPEC+ sazişini 2020-ci ilin mart ayının sonuna qədər uzatmaq düzgün olardı, amma bazar stabilləşərsə, müddəti dekabra da azaltmaq olar.

“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın energetika naziri Xalid əl-Faleh bildirib:

"Biz sazişin müddətinin uzadılmasında çevik davranacağıq, əgər ehtiyatlar dekabr ayına balanslaşdırılarsa, onda müddəti azaltmaq olar. Amma martın sonuna qədər saxlamaq düzgün olardı”.

Onun sözlərinə görə, bəzi OPEC üzvləri sazişin müddətinin, sadəcə, 6 ay uzadılmasında təkid etməyə davam edirlər.

Son xəbərlər

Orphus sistemi