Səudiyyə Ərəbistanının energetika naziri həmkarları ilə neft bazarındakı vəziyyəti müzakirə edib

Səudiyyə Ərəbistanının energetika naziri həmkarları ilə neft bazarındakı vəziyyəti müzakirə edib Bakı. 18 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Fəlih neft bazarında yaranmış təşvişi azaltmaq üçün bir sıra ölkələrdən, o cümlədən Rusiyadan olan həmkarları ilə telefon danışığı apardığını deyib.
Energetika
18 May , 2018 07:32
Səudiyyə Ərəbistanının energetika naziri həmkarları ilə neft bazarındakı vəziyyəti müzakirə edib
Foto: AP

Bakı. 18 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Fəlih neft bazarında yaranmış təşvişi azaltmaq üçün bir sıra ölkələrdən, o cümlədən Rusiyadan olan həmkarları ilə telefon danışığı apardığını deyib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu o, "Twitter"dəki rəsmi mikrobloqunda yazıb.

"Mən neft bazarında narahatlıqları azaltmaq üçün qlobal fəaliyyətlərin əlaqələndirilməsi məqsədi ilə həmkarım ilə bir sıra telefon danışıqları apardım. Bu yaxınlarda əlaqə saxladığım energetika rəhbərləri sırasında BƏƏ, ABŞ, Rusiya, Hindistan və Koreyanın nazirləri var", - deyə Əl-Falih bildirib.

"Mən həm də bizim neft bazarında və dünya iqtisadiyyatında sabitliyə sadiq olduğumuza əmin etmək üçün Beynəlxalq Enerji Agentliyinin rəhbəri ilə danışdım. Mən 24-26 may tarixlərində müzakirələrimizin davam etdiriləcəyi Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirakadək digər nazirlərlə də əlaqə saxlayacağam", — deyə Səudiyyənin energetika naziri qeyd edib.

Son xəbərlər

Orphus sistemi