Səudiyyə Ərəbistanı yüngül neftin qiymətini artıra bilər

Səudiyyə Ərəbistanı yüngül neftin qiymətini artıra bilər Ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı Asiya üçün yüngül neftin iyul ayı üzrə rəsmi buraxılış qiymətlərini (OSP) bir qədər artırmağı planlaşdırır
Energetika
2 İyun , 2021 10:08
Səudiyyə Ərəbistanı yüngül neftin qiymətini artıra bilər

Ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı Asiya üçün yüngül neftin iyul ayı üzrə rəsmi buraxılış qiymətlərini (OSP) bir qədər artırmağı planlaşdırır.

Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, xammala olan güclü oriyentirlərə baxmayaraq, zəif marja və tələblə bağlı qeyri-müəyyənliklər artım potensialını məhdudlaşdırır.

Asiyanın 5 neft emalı müəssisəsindən olan mənbələr Səudiyyə Ərəbistanının “Arab Light” markalı neftinin bir barreli üçün iyul ayı üzrə rəsmi buraxılış qiymətlərinin 0,10 ABŞ dolları dəyərində bahalaşacağını gözləyirdilər. Proqnozlar isə qiymətlərin dəyişməyəcəyindən tutmuş bir barrel üçün 0,20 ABŞ dolları dəyərində bahalaşmayadək dəyişir.

Üç respondentin sözlərinə görə, Asiyada, xüsusilə də mazut üçün neft emalının zəif marjası Səudiyyə Ərəbistanı neftinin daha ağır çeşidləri üçün iyul ayı üzrə rəsmi buraxılış qiymətlərinin azalmasına səbəb olacaq. Onlar “Arab Medium” markalı neftin bir barrelinin 0,10-0,30 ABŞ dolları, “Arab Heavy” markalı neftin bir barrelinin 0,40–0,70 ABŞ dolları dəyərində bahalaşacağını proqnozlaşdırırlar.

Səudiyyə Ərəbistanında hasil olunan xam neftin rəsmi buraxılış qiymətlərini adətən hər ayın 5-i dərc olunur və İranda, Küveytdə və İraqda qiymət tendensiyalarını formalaşdırmaqla, Asiyaya satılan gündəlik 12 milyon barreldən çox xam neftin qiymətinə təsir göstərir.

Yerli neft nəhəngi “Saudi Aramco”nun nümayəndələri prinsipial olaraq krallığın aylıq rəsmi buraxılış qiymətlərini şərh etmirlər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının iyun ayında rəsmi buraxılış qiymətlərini aşağı salması rəsmi Ər-Riyadın bazardakı pay uğrunda qiymət müharibəsinə başlaması ilə bağlı narahatlıq yaratmışdı.

Son xəbərlər

Orphus sistemi