Səudiyyə Ərəbistanı Venesuelanın neft bazarında sabitliklə bağlı təklifini dəstəkləyib

Səudiyyə Ərəbistanı Venesuelanın neft bazarında sabitliklə bağlı təklifini dəstəkləyib Bu barədə Venesuelanın neft naziri məlumat verib
Energetika
24 Oktyabr , 2016 00:38
Səudiyyə Ərəbistanı Venesuelanın neft bazarında sabitliklə bağlı təklifini dəstəkləyib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Venesuelanın neft bazarında sabitliklə bağlı razılığın əldə olunması üzrə təklifini dəstəkləyib.

"Report" xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Euloxio del Pino "Twitter"dəki mikrobloqunda məlumat verib.

Venesuela prezidenti Nikolas Maduro oktyabrın 23-də neft məsələləri üzrə danışıqlar aparmaq üçün Ər-Riyada səfər edib. İqtisadiyyatı neftin qiymətlərinin aşağı düşməsindən ciddi ziyan çəkə bu ölkə dünya bazarlarında stabilliyin yaranması üçün neft hasil edən ölkələrin öz fəaliyyətlərini əlaqələndirmələri mövqeyində çıxış edir.

Son xəbərlər

Orphus sistemi