Səudiyyə Ərəbistanı qeyri-neft sektorunu inkişaf etdirməyi hədəfləyir

Səudiyyə Ərəbistanı qeyri-neft sektorunu inkişaf etdirməyi hədəfləyir Bakı. 28 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı hökuməti sənayenin inkişafı proqramı çərçivəsindəki tədbirlər üçün 2019-2020-ci illərdə 27 milyard ABŞ dolları sərf etməyi nəzərdə tutur.
Energetika
28 Yanvar , 2019 14:40
Səudiyyə Ərəbistanı qeyri-neft sektorunu inkişaf etdirməyi hədəfləyir

Bakı. 28 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı hökuməti sənayenin inkişafı proqramı çərçivəsindəki tədbirlər üçün 2019-2020-ci illərdə 27 milyard ABŞ dolları sərf etməyi nəzərdə tutur.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu enerji, sənaye, mineral ehtiyatlar naziri Abid Əbdül əs Saadin bildirib.

Bundan əvvəl vəliəhd şahzadə Məhəmməd bin Salman əs Səudun 2030-cu ilədək ölkədə sənaye və infrastrukturun inkişaf etdirilməsi üçün bir sıra islahatlar keçirmək niyyətində olduğu bildirilmişdi.

“Reuters”in məlumatına görə, Səudiyyə vəliəhd şahzadəsi ölkə iqtisadiyyatının neft gəlirlərindən asılılığından qurtulmağa yönələn və enerji, mədən hasilat sənayesi sahəsində sərmaye layihələrini nəzərdə tutan proqramın təfərrüatlarını bu gün açıqlayacaq. Planda həmçinin 2 min kilometr dəmir yolunun və beş beynəlxalq hava limanı tikintisi də qarşıya məqsəd qoyulur.

Son xəbərlər

Orphus sistemi