Səudiyyə Ərəbistanı qaz istehsalını iki dəfə artırmaq niyyətindədir

Səudiyyə Ərəbistanı qaz istehsalını iki dəfə artırmaq niyyətindədir Dövlət elektrik enerjisi istehsalında neftə az bel bağlamağı planlaşdırır
Energetika
16 Noyabr , 2016 21:54
Səudiyyə Ərəbistanı qaz istehsalını iki dəfə artırmaq niyyətindədir

Bakı. 16 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı xalis energetikaya yatırılan investisiyanı, həmçinin təbii qaz istehsalını iki dəfə artırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə ölkənin energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Falih BMT-nin Mərakeşdə keçirilən Ümumdünya İqlim Konfransında çıxışı zamanı bildirib.

"Biz "xalis enerji"nin bütün növlərində investisiyaları artırmağı və bu sahədə tədqiqat aparmağı planlaşdırırıq. Biz təbii qaz istehsalını iki dəfə artırmağa hazırlaşırıq, o cümlədən elektrik enerjisi istehsalında neftə az bel bağlayacağıq, əsasən təbii qaz, atom enerjisi və imkan daxilində bərpa olunan enerji ehtiyatlarından istifadə edəcəyik", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi