Səudiyyə Ərəbistanı: OPEC anlaşmasının 6 aydan çox uzadılmasına ehtiyac yoxdur

Səudiyyə Ərəbistanı: OPEC anlaşmasının 6 aydan çox uzadılmasına ehtiyac yoxdur İlin ilk yarısı neft bazarı sabitləşəcək
Energetika
16 Yanvar , 2017 20:25
Səudiyyə Ərəbistanı: OPEC anlaşmasının 6 aydan çox uzadılmasına ehtiyac yoxdur

Bakı. 16 yanvar. REPORT.AZ/ Neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il Vyana anlaşmasının 6 aydan çox uzadılmasına ehtiyac yoxdur. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində energetika konfransında verilib. 

Onun sözlərinə görə, neft bazarında sabitlik ilin ilk yarısında təmin olunacaq. Yay aylarından etibarən isə neftə tələbin artması gözlənilir. OPEC təşkilatı öz növbəsində neft bazarına zəruri olacaq təklif həcmini təmin etmək məcburiyyətindədir. Səudiyyə Ərəbistanı digər OPEC üzvləri ölkələrlə may ayında Vyana şəhərində toplanaraq neft bazarı və təşkiulatın hasilat siyasətini müzakirə edəcəyini xatırladıb. 

Son xəbərlər

Orphus sistemi