Bakı. 4 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı dünya bazarında neftin qiymətinin 60 ABŞ dolları/barelə kimi azalacağını gözləyir.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, ən böyük neft istehsalçısı olan OPEC, Səudiyyə Ərəbistanı və digər ölkələr neftin 1 barelinin qiymətinin 60 dollarda stabilləşəcəyini düşünür. Həmçinin ekspertlər hesab edirlər ki, əgər neftin qiyməti 60 dollardan da aşağı düşərsə, bu, uzun müddət davam edə bilməz.
OPEC noyabr ayının əvvəlində bildirib ki, neftin 1 barelinin qiyməti 70 dollar olarsa, təşvişə səbəb olmayacaq.